Nəyə səbəb olur?
- İmplant üçün sümük çatmır və ya implant düzgün mövqedə yerləşə bilmir.
- Çıxan protez tərpənir, tutmur, ağrı verir.
- Yuxarı çənənin arxa hissəsində haymor boşluğu aşağı enir.
- Dodaq və yanaq dəstəyini itirir, üz cizgiləri dəyişir.
Diaqnostika
Sümüyün real həcmini yalnız 3D tomoqrafiya göstərir. Adi rentgen şəkli eni ölçməyə imkan vermir.
Müalicə yolları
- Sümük plastikası: horizontal və vertikal augmentasiya, darağın splitinqi, sümük blokları.
- Sinus-lifting: yuxarı çənənin arxa hissəsində.
- All-on-4 / All-on-6: bəzi hallarda bucaqlı implantlar sümük plastikasına ehtiyacı azaldır.
- Profilaktika: implant planlanırsa, çəkimdən dərhal sonra yuvanın qorunması.